Xəzər Xəbər

"Real" "Barselona"nın rekordunu əlindən aldı

İdman | 14:18 • 16 Oktyabr 2017
"Real" "Barselona"nın rekordunu əlindən aldı

"Real" İspaniya La Liqasında yeni rekorda imza atıb.

Madrid təmsilçisi buna səfərdə "Hetafe"yə 2:1 hesabı ilə qalib gəlməklə nail olub. "Kral klubu" ardıcıl 13 səfər oyununda qələbə qazanmaqla əzəli rəqibi "Barselona"ya aid olan rekordu təzələyib.

Qeyd edək ki, Kataloniya təmsilçisi Pep Qvardiolanın rəhbərliyi altında 2010-cu ilin may ayından 2011-ci ilin yanvarınadək ardıcıl 12 səfər oyununda qələbə qazanmışdı.

Xəbər lenti