Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki daha bir komandanın maraq dairəsinə düşüb.
Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, xorvatiyalı mütəxəssis yenidən bu ölkədə çalışa bilər.
Belə ki, Ərsun Yanalla yollarını ayıran
"Trabzonspor”un gündəmində olan mütəxəssislərdən biri də məhz
Prosineçkidi. Mövsümə uğursuz start götürən Qara dəniz təmsilçisi
Superliqanın VIII turunda "Akhisar”a biabırçı hesabla (1:6)
məğlubiyyətdən sonra Yanalla vidalaşıb.
Dərhal axtarışa başlayan "bordo-mavililər”də baş məşqçi postuna 6
namizəd var. Bunlar Prosineçki ilə yanaşı, Fatih Terim, Rıza Çalımbay,
Mustafa Reşit Akçay, Mişel Predom və Klod Pueldi. Türkiyə təmsilçisinin
ilk hədəfi Predom və Prosineçkidi.
Qeyd edək ki, "Trabzonspor” 8 turdan sonra 9 xalla turnir cədvəlinin
11-ci pilləsində qərarlaşıb. Millimizlə müqavilə müddəti bitmək üzrə
olan Robert Prosineçki isə Bosniya və Herseqovina, həmçinin Sloveniya
yığmasının gündəmindədi.