Xəzər Xəbər

FIFA yeni reytinq cədvəlini açıqlayıb

İdman | 13:35 • 16 Oktyabr 2017
FIFA yeni reytinq cədvəlini açıqlayıb

FIFA futbol üzrə milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.

Xezerxeber.az FIFA-nın saytına istinadən xəbər verir ki, Azərbaycan milli komandası ötən ayla müqayisədə 23 pillə geriləyib və 273 xalla 115-ci pillədə qərarlaşıb. Komandamızın reytinqdə geriləməsinə səbəb 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsinin son iki oyununda məğlub olmasıdır. Belə ki, millimiz Çexiyaya 1:2, Almaniyaya isə 1:5 hesabı ilə uduzub.

Qeyd edək ki, Almaniya 1631 xalla reytinq cədvəlindəki liderliyini davam etdirir. Braziliya 1619 xalla ikinci, Portuqaliya isə 1446 xalla üçüncü pillədə qərarlaşıblar.

Xəbər lenti