Futbol üzrə Azərbaycan yığmasının keçmiş baş məşqçisi Berti Foqts yenidən millimizi xatırlayıb.
XəzərXəbər apasport.az-a istinadən xəbər verir
ki, o, DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Almaniya ilə
qarşılaşacaq komandamız haqqında "t-online.de" portalındakı ənənəvi
köşəsində bəhs edib.
Foqts yığmamızın bu oyunda heç bir şansının olmadığını vurğulayıb:
"Köşəmin sonunda bir zamanlar çalışdırdığım və Almaniya millisinin
növbəti rəqibi Azərbaycandan bəhs etmək istəyirəm. Sözsüz ki,
komandamız bu oyunda qələbə qazanacaq. Azərbaycanın göstərəcəyi
xüsusi heç bir şey yoxdur. San Marino qarşısında qələbə onlarda
qəribə xəyallar yaratdı. Ancaq onlara demək lazımdır ki, dəlisiniz?
Siz həqiqətən qrupda ikinci olmaq istəyirsiniz?"
70 yaşlı çalışdırıcı millimiz haqqında xoş sözlər də deyib: "Onların doğru yolda olduqlarını deyə bilərəm. Maraqlı oyunçuları var ki, II Bundesliqada güclü komandalarda çıxış edə bilərlər. Məni ən çox məyus edən isə odur ki, onlar Azərbaycanda oynamaqdan məmnundular. Çünki orda rahat olurlar. Azərbaycanda əsas diqqət şahmata və güləşə ayrılıb".