Xəzər Xəbər

Azərbaycan Almaniyaya qarşı Millimizin son oyunu

İdman | 10:17 • 8 Oktyabr 2017
Azərbaycan Almaniyaya qarşı

Bu gün futbol üzrə Azərbaycan millisi 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsində son oyununa çıxacaq.

XəzərXəbər xəbər verir ki, Robert Prosineçkinin komandası səfərdə Almaniya millisinin qonağı olacaq.

Baş hakim Andris Treymanisin idarə edəcəyi oyun saat 22:45-a başlayacaq.

Qeyd edək ki, Azərbaycan yığması 9 tur ərzində 10 xal yığıb və Çexiyaya son məğlubiyyətdən sonra qrupda beşinci pilləyə enib.

Martın 26-da Bakıda keçirilmiş görüşdə Almaniya millisi 3:1 hesablı qələbə qazanıb.

Xəbər lenti