Xəzər Xəbər

Həndbol üzrə XXV Azərbaycan çempionatına start verilir

İdman | 11:34 • 7 Oktyabr 2017
Həndbol üzrə XXV Azərbaycan çempionatına start verilir

Bu gün həndbol üzrə XXV Azərbaycan çempionatına start verilir.

Azərbaycan Həndbol Federasiyasından xezerxeber.az-a bildirilib ki, ölkə birinciliyində 10 komanda iştirak edəcək.

Kişilərin yarışında "Bakı”, RİOEUGİM, "Təhsil”, "Məhsul”, qadın həndbolçuların mübarizəsində isə "Azəryol”, ”Azərsu”, "İdman Akademiyası”, "Gənclər Birliyi”, "Qarabağ” və "Nur” kollektivləri qələbə uğrunda mübarizə aparacaqlar.

Çempionatın açılış oyununda "Bakı” və "Məhsul” klubları üz-üzə gələcəklər. Daha sonra "Qarabağ” və "Azəryol” komandaları meydana çıxacaqlar.

Saat 17:00-da ölkə çempionatının açılış mərasimi keçiriləcək. İlk yarış gününə isə "Azərsu” və "Nur” həndbolçularının qarşılaşması ilə yekun vurulacaq.

Xəbər lenti