Xəzər Xəbər

Ermənistan millisi üzərində qələbə Robert Levandovski üçün əlamətdar olub

İdman | 09:29 • 7 Oktyabr 2017
Ermənistan millisi üzərində qələbə Robert Levandovski üçün əlamətdar olub

Futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində Ermənistan millisi üzərində böyük hesablı qələbə Polşa yığmasının üzvü Robert Levandovski üçün əlamətdar olub.


AZƏRTAC xəbər verir ki, rəqibini 6:1 hesabı ilə məğlub edən Polşa millisinin heyətində Robert Levandovski het-trik edib.


"Bavariya” klubunun 29 yaşlı hücumçusu uğurlu çıxışı ilə millidəki qollarının sayını 50-yə çatdırıb və yeni rekord müəyyənləşdirib.


Daha əvvəl rekord 48 qolla Vlodzimej Lyubanskiyə məxsus idi.

Xəbər lenti