Xəzər Xəbər

İngiltərə klubu türk futbolçunun transferi üçün büdcə ayırdı

İdman | 18:07 • 6 Oktyabr 2017
İngiltərə klubu türk futbolçunun transferi üçün büdcə ayırdı

İngiltərənin "Kristal Pelas" klubu "Beşiktaş"ın hücumçusu Cenk Tosunu transfer etməkdə qərarlıdı.

Premyer Liqada yeni mövsümə çox uğursuz start verən "Kristal Pelas"ın qış transfer pəncərəsi dövründə türk futbolçunun keçidini həll edəcəyi bildirilir.

İngiltərə təmsilçisi yayda da Tosun üçün "Beşiktaş"la danışıqlara başlamış, amma müsbət cavab almamışdı.

İngiltərə mətbuatının yazdığına görə, "Kristal Pelas"ın transferlərdə bir nömrəli hədəfi Cenk Tosundu və bu keçidin baş tutması üçün böyük büdcə ayrılıb.

Xəbər lenti