Xəzər Xəbər

Rekord müəyyənləşdirdi İndi söz Ronaldonundu

İdman | 17:49 • 6 Oktyabr 2017
Rekord müəyyənləşdirdi

Polşa yığması DÇ-2018-in seçmə mərhələsində səfərdə Ermənistana 6:1 hesabı ilə qalib gəlib.

Polşa yığmasının hücumçusu Robert Levandovski bu oyunda het-trik edib. Bununla da o, cari seçmə mərhələdə vurduğu qolların sayını 15-ə çatdırıb.

Levandovski bu nəticə ilə rekord müəyyənləşdirib. Əvvəlki rekord Almaniya yığmasının sabiq üzvü Herd Müllerə məxsus olub. O, 14 qol vurub. Maraqlıdı ki, Portuqaliya yığmasının hüçumçusu Kriştianu Ronaldoda cari seçmə mərəhələdə 14 qol vuraraq, Müllerə çatıb.

Onun polşalını keçmək şansı var. Portuqaliya yığmasının seçmə mərhələdə 2 oyunu qalıb, Polşa isə bir dəfə meydana çıxacaq.

Xəbər lenti