Xəzər Xəbər

Ərtoğrul Sağlam: “Rəşad Sadıqovdan yaxşı məşqçi olacaq”

İdman | 15:13 • 6 Oktyabr 2017
Ərtoğrul Sağlam:
Dünən DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Bakıda keçirilən Azərbaycan - Çexiya matçını izləyənlər arasında tanınmış simalar da var idi.

Türkiyəli mütəxəssis Ərtoğrul Sağlam da oyunu izləyənlər arasındaydı. O, vaxtilə "Kayserispor”da rəhbərliyi altında oynamış Rəşad Sadıqovun millidəki vida matçını izləmək üçün gəldiyini bildirib:

"Kayseridə birlikdə çalışmışıq. Rəşadın son oyununa baxdım. Xoş idi bu oyunu izləmək. Fikrimcə, Rəşaddan yaxşı məşqçi olacaq. Onun xarakteri, işə sevgisi də var. Rəşada uğurlar arzu edirəm”. (dsport.az)

Xəbər lenti