Xəzər Xəbər

"Prosineçki millidə qalacaq?" Rövnəq Abdullayev cavab verdi

İdman | 10:25 • 6 Oktyabr 2017
"Prosineçki millidə qalacaq?"

"Oyunu gördünüz də? Uduzmaq heç vaxt sevindirici ola bilməz. Ona görə məyusam".

XəzərXəbər xəbər verir ki, bunu "Report"a açıqlamasında AFFA prezidenti Rövnəq Abdullayev Azərbaycan millisinin 2018-ci il dünya çempionatının seçmə mərhələsində Çexiya yığmasına 1:2 hesabı ilə uduzduğu görüşdən sonra deyib.

O, bildirib ki, yığmanın baş məşqçisi Robert Prosineçkinin postunda qalıb-qalmayacağı ilə bağlı cari tsikl başa çatdıqdan sonra qərar veriləcək.

R.Abdullayev "Rəşad Sadıqovun gedişindən sonra onu əvəzləyə bilən biri olacaqmı" sualına belə cavab verib: "Həyat davam edir".

Xəbər lenti