Xəzər Xəbər

"Atletiko" 20 yaşlı hücumçu transfer edir

İdman | 10:19 • 6 Oktyabr 2017
"Atletiko" 20 yaşlı hücumçu transfer edir

"Atletiko" heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.

Madrid təmsilçisi Argentinanın "Rasinq" klubundan Lautaro Martinesi transfer edir. İspaniya mətbuatının yazdığına görə, La Liqa təmsilçisinin idman direktoru Andrea Berta Buenos Ayresə gedərək 20 yaşlı hücumçunun keçidini həll edib.

Qeyd edək ki, Martines Argentinanın U-20 milli komandasının heyətində 11 matçda 8 qolla yadda qalıb.

Xəbər lenti