Xəzər Xəbər

Almaniya və İngiltərə DÇ-2018-ə vəsiqə qazandı

İdman | 09:58 • 6 Oktyabr 2017
Almaniya və İngiltərə DÇ-2018-ə vəsiqə qazandı

Ötən gecə Dünya çempionatı 2018-in seçmə mərhələsində IX tura start verilib.

C, E və F qrupunun iştirakçıları meydana çıxıblar. Ən məhsuldar oyun millimizin də yer aldığı C qrupunda qeydə alınıb. Norveç yığması San-Marinonun qapısından 8 cavabsız top keçirib. Qrupunun lideri Almaniya isə növbəti dəfə qələbə qazanıb. Ötən gün keçirilən bütün oyunların nəticələri aşağıdakı kimi olub:

C qrupu

Azərbaycan - Çexiya - 1:2
Şimali İrlandiya - Almaniya - 1:3
San Marino - Norveç - 0:8

E qrupu

Ermənistan - Polşa - 1:6
Monteneqro - Danimarka - 0:1
Rumıniya - Qazaxıstan - 3:1

F qrupu

İngiltərə - Sloveniya - 1:0
Malta - Litva - 1:1
Şotlandiya - Slovakiya - 1:0

Xəbər lenti