Xəzər Xəbər

Azərbaycanlı üzgüçü Qətərdə qalib oldu

İdman | 17:51 • 5 Oktyabr 2017
Azərbaycanlı üzgüçü Qətərdə qalib oldu

Azərbaycan üzgüçüsü Maksim Şemberev Qətərin paytaxtı Dohada keçirilən üzgüçülük üzrə Dünya Kuboku mərhələsinin qalibi olub.

Azərbaycan Üzgüçülük Federasiyasından bildirilib ki, təmsilçimiz 400 metr məsafəyə kompleks üsulla üzmə yarışında 4.06,72 dəqiqəlik nəticə göstərərək finişə birinci çatıb.

Fatimə Əlkərmova isə 800 metrlik məsafəyə sərbəst üsulla üzmə yarışında beşinci olub.

M.Şemberov 1500 metr məsafəyə sərbəst üsulla üzmə yarışında da mübarizə aparacaq.

Xəbər lenti