Xəzər Xəbər

Navas PSJ-yə, Kurtua "Real"a

İdman | 14:58 • 5 Oktyabr 2017
Navas PSJ-yə, Kurtua "Real"a

"Real" rəhbərliyi komandanın qapı xəttini gücləndirmək niyyətindədi.

XəzərXəbər apasport.az-aistinadən xəbər verir ki, Madrid təmsilçisi "çərçivə"ni Keylor Navasdan daha səviyyəli qolkiperə həvalə etməyi planlaşdırır.

"Kral klubu" "Çelsi"də çıxış edən Tibo Kurtua ilə yaxından maraqlanır. Rəhbərlik belçikalı qapıçını transfer etməkdə israrlıdı. Bu keçid baş tutacağı halda, Navasla yollar ayrılacaq. Kosta-Rika yığmasının üzvünün isə Fransaya köçməsi mümkündü. Belə ki, onun xidmətində PSJ maraqlıdı.

Qeyd edək ki, "Real"a 2014-cü ildə transfer olunan Navas bu komandanın heyətində 108 oyunda forma geyinib.

Xəbər lenti