Xəzər Xəbər

Yupp Haynkes "Bavariya"ya dönür

İdman | 13:30 • 5 Oktyabr 2017
Yupp Haynkes "Bavariya"ya dönür

"Bavariya"nın yeni baş məşqçisinin adı böyük ölçüdə məlum olub.

Münhen klubunun sabiq baş məşqçisi Yupp Haynkeslə razılığa gəldiyi iddia edilib. Bu barədə "Bild" nəşri məlumat yayıb. Bildirilib ki, klub rəhbərliyi məşqçi karyerasını başa vuran 72 yaşlı mütəxəssisi yenidən Münhen təmsilçisində işləməyə razı salıb.

Qeyd edək ki, Haynkes bundan əvvəl 3 dəfə "Bavariya"nı (1987-1991, 2009, 2011-2013) çalışdırıb.

Xəbər lenti