Xəzər Xəbər

Oskar “Çelsi”yə qayıtmaq istəyir

İdman | 13:27 • 5 Oktyabr 2017
Oskar “Çelsi”yə qayıtmaq istəyir

Çinin "Şanxay SPİQ” klubunun şərəfini qoruyan Oskar "Çelsi”yə qayıtmaq istədiyini bildirib.

Ara transfer dönəmində "Çelsi”dən 60 milyon avro qarşılığında "Şanxay SPİQ”ə keçən braziliyalı oyunçu verdiyi açıqlamda:

"Premyer Liqaya qayıtmaq istəyərəm. Hələ 26 yaşım var. Premyer Liqaya qayıda bilərəm və buna görə çox xəşbəxt olaram. Əgər mənə qapılarını açsalar, yenidən "Çelsi”ni seçərəm”.

Qeyd edək ki, yarımmüdafiəçi Çin Super Liqasında 18 oyuna 2 qol vurub və 9 məhsuldar ötürmə edib.

Xəbər lenti