Xəzər Xəbər

Arda “Barselona”dan GEDİR

İdman | 13:04 • 5 Oktyabr 2017
Arda “Barselona”dan

"Barselona” futbol klubuna transfer edildikdən sonra futbol dünyasının diqqətini özünə çəkən türkiyəli futbolçu Arda Turan klubdan ayrılır.

Son zamanlarda keçirilən matçların heyətinə belə daxil edilməyən A.Turanın mövsüm arasında Kataloniya klubu ilə yollarını ayıracağı bildirilib.

"Las Palmas” klubu ilə keçirilən matçda Ernesto Valverdenin futbolçunu heyətə daxil etməməsi onun klubdan ayrılması iddialarını təsdiq edib.

Futbolçu mövsüm sonunu gözləmədən vətəninə qayıdacaq.

Xəbər lenti