Xəzər Xəbər

"Beşiktaş" ilk transferini bitirdi

İdman | 15:03 • 4 Oktyabr 2017
"Beşiktaş" ilk transferini bitirdi

"Beşiktaş" qış transfer pəncərəsi dövründə heyətinə qatacağı ilk futbolçu ilə anlaşma əldə edib. "Qara Qartal" Domaqoy Vida ilə razılaşıb.

"Beşiktaş" Xorvatiya yığmasının üzvü ilə yayda danışıqlar apararaq razılıq əldə etmişdi. Lakin Kiyev "Dinamo"sunun istədiyi transfer haqqı yüksək olduğundan keçid baş tutmamışdı. Müqaviləsi qışda başa çatacaq 28 yaşlı stoper yanvardan sonra "Beşiktaş"ın formasını geyinəcək. Artıq tərəflərin ön protokol imzaladığı bildirilir. Anlaşmanın müddəti 4,5 il olacaq.

Qeyd edək ki, Kiyev "Dinamo"su Vidanı 2013-cü ildə Zaqreb "Dinamo"sundan 5 milyon avroya alıb. Hazırda "Transfermarkt" ona 9 milyon avro qiyiət qoyub./fanat.az

Xəbər lenti