Xəzər Xəbər

3 milyonluq futbolçudan 101 milyonluq ulduza şok

İdman | 14:26 • 4 Oktyabr 2017
3 milyonluq futbolçudan 101 milyonluq ulduza şok

İngiltərənin "Çempionşip" klublarından "Ridinq"in formasını geyinən Kris Gunter Qaret Beylin hegemonluğuna son qoyub. 28 yaşlı futbolçu 2017-ci ildə Uelsin ən yaxşı futbolçusu seçilib.

O, Uels Futbol Federasiyasının keçirdiyi sorğunun qalibi olub. Bununla da Qaret Beylin hegesonluğuna son qoyulub. "Real"ın ulduzu bundan əvvəlki 4 ildə Uelsin ən yaxşı futbolçusu seçilmişdi.

Qeyd edək ki, Qaret Beyl 2013-cü ildə "Tottenhem"dən "Real"a 101 milyon avroya transfer olunub. Kris Gunter isə "Nottengem Forets"dən "Ridinq"ə cəmi 3 milyon avroya transfer olunub.

Xəbər lenti