Xəzər Xəbər

"Mançester"in ulduzu 6 həftə oynamayacaq

İdman | 13:59 • 4 Oktyabr 2017
"Mançester"in ulduzu 6 həftə oynamayacaq

Argentina millisinin və "Mançester Siti"nin futbolçusu Serxio Aquero 6 həftə yaşıl meydanlardan uzaq qalacaq.

Bu barədə yığmanın həkimi Donato Villani məlumat verib. O, avtomobil qəzası keçirən 29 yaşlı hücumçunun qabırğasının çatladığını bildirib. Buna görə də Aquero 6 həftə oynaya bilməyəcək.

Qeyd dək ki, S.Aqueronu ötən həftə Amsterdam şəhərində konsertə aparan taksi dirəyə çırpılıb.

Xəbər lenti