Xəzər Xəbər

Boşanmayan ər, 12 yaş fərqi Fabreqasın sevgi hekayəsi

İdman | 13:33 • 4 Oktyabr 2017
Boşanmayan ər, 12 yaş fərqi

Futbol dünyasının ən məşhur cütlüklərindən biri Sesk Fabreqas və Daniella Seman hesab olunur. Onların eşq hekayəsini bir film üçün əla mövzu hesab etmək olar. Həyatlarındakı insanı tərk edərək, aradakı 12 yaş fərqə fikir verməyərək özlərinə yeni dünya quran cütlüyün hekayəsi ilə tanış olaq...

Cütlüyün uzun müddət İspaniya və dünya mətbuatında gündəm olmasına tək səbəb Danielanın gözəlliyi deyil, sahib olduqları, keçmişi, yaşadıqları və Fabreqasdan 12 yaş böyük olmasıdır.

Münasibətləri təzə başlayanda məşhur futbolçunu 7 illik sevgilisindən ayırdığı iddia edilən Livanlı gözəl hər fürsətdə onu nə qədər sevdiyini sübut etdi.

Daniella 1999-cu ildə, hələ 23 yaşı olanda rusiyalı biznesmen Elie Taktouk ilə ailə qurur. Onların Mariya və Jozef adlı uşaqları olur. Həmin dövrdə Fabreqas uşaqlıq sevgisi Karla Qarsiaz ilə birlikdə idi. Danielanın rus milyarderlə evliliyi 13 il çəkir. Londonda yaşayan cütlüyün artıq münasibətlərində problemlər yaranmışdı. Həmin ərəfədə 36 yaşlı Livan gözəli 23 yaşlı Fabreqasla təzə tanış olmuşdu. Gözəlliyi, səmimiyyəti ilə Fabreqası özünə aşiq edir. 7 illik sevgilisi Karlanın qısqanclığından bezib, ayrılan Fabreqas Daniela ilə yeni aşqa yelkən açır.

Hər şey əla gedirdi. Cütlük gözəl sevgi münasibəti yaşayırdı. Arada tək bir problem vardı - Semanın bitmək bilməyən məhkəməsi. Milyaner iş adamı həyat yoldaşının gənc futbolçuya aşiq olduğunu bilsə də, boşanmaq istəmirdi. Dedi qodulara fikir vermir, həyatındakı qadını əldən verməmək üçün məhkəməni uzada bildiyincə uzatmağa çalışırdı. Ayrılığın pis təsir etdiyi Elie Taktouk münasibətləri bitəndə, jurnalistlərə çarəsizcə "üçüncü uşağımız olsun istəyirdik" açıqlamasını vermişdi...

İndi Danielanın üçüncü Fabreqasdan olmaqla 3 uşağı var.

Fabreqas "Barselona"ya transfer olunanda Daniela uşaqlarını da götürərək İspaniyaya onun yanına yerləşdi. Özlərinə yeni həyat quran cütlüyün tezliklə övladı dünyaya gəldi.

Xəbər lenti