Xəzər Xəbər

Azərbaycan Millisinə ağır itki - Maksim Medvedev zədəlidir

İdman | 10:15 • 4 Oktyabr 2017
Azərbaycan Millisinə ağır itki -

Çexiya və Almaniya yığmaları ilə keçirəcəyi 2018-ci il dünya çempionatının seçmə qrup matçları ərəfəsində Azərbaycan milli komandası futbolçu itkisi ilə üzləşib.

XəzərXəbər-in məlumatına görə, AFFA-nın rəsmi saytı "Qarabağ"ın müdafiəçisi Maksim Medvedevin zədəli olduğü üçün heyətdən çıxarıldığını yazıb.

O, hazırda təlim-məşq toplanışında olan millinin düşərgəsini tərk edib.

Qeyd edək ki, Azərbaycan yığması Çexiya ilə oktyabrın 5-də Bakıda, Almaniya ilə oktyabrın 8-də Kayzerslauterndə üz-üzə gələcək.

Xəbər lenti