Xəzər Xəbər

Məşhur futbolçular referenduma görə yumruqlaşdı

İdman | 17:01 • 3 Oktyabr 2017
Məşhur futbolçular referenduma görə yumruqlaşdı

İspaniya millisinin müdafiəçiləri Serxio Ramosla Xerard Pike yenidən qalmaqal yaşayıblar. Apasport.az saytının İspaniya mətbuatına istinadən məlumatına görə, yığma üzvləri bu dəfə yumruqlarını işə salıblar.

Belə ki, tez-tez bir-birilərinə söz atan cütlük yığmanın düşərgəsində olarkən insident iştirakçısı olublar. Pikenin referendumda fəal iştirakından narahat olan komanda yoldaşı ona kollektivin əhval-ruhiyyəsini pozduğunu söyləyib. Pikenin cavab qaytarması ilə gərginlik artıb və futbolçular əlbəyaxa olublar. Onları komanda yoldaşları çətinliklə ayırıblar.

Qeyd edək ki, Serxio Ramos tez-tez "Barselona”nın, Xerard Pike isə "Real”ın əleyhinə açıqlamalar verdiyindən, cütlük dəfələrlə üz-üzə gəlib.

Xəbər lenti