Xəzər Xəbər

Çexiya millisi bu gün Bakıya gəlir

İdman | 16:28 • 3 Oktyabr 2017
Çexiya millisi bu gün Bakıya gəlir

DÇ-2018-in seçmə mərhələsindəmillimizlə qarşılaşacaq Çexiya yığmasının Bakıya gələcəyi tarix müəyyənləşib.

Çexlər bu gecə paytaxtımıza gələcək. Bu barədə Çexiya Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb. Çexiya milisi sabah oyun öncəsi Bakı Olimpiya Stadionunda son məşqini edəcək.

Qeyd edək ki, Azərbaycan - Çexiya görüşü oktyabrın 5-i saat 20:00-da start götürəcək.

Xəbər lenti

Çox oxunanlar