Xəzər Xəbər

"Barselona"nın futbolçusu əməliyyat olundu

İdman | 14:57 • 3 Oktyabr 2017
"Barselona"nın futbolçusu əməliyyat olundu

Bir müddətdi zədədən əziyyət çəkən "Barselona”nın yarımmüdafiəçisi Rafinya Alkantara daha 2 ay yaşıl meydanlardan kənarda qalacaq.

Bu ilin aprel ayında zədə alan futbolçu dizindən əməliyyat olunub. İspaniyanın "Marka” nəşrinin yaydığı məlumata görə, 24 yaşlı futbolçu ən azı 2 ay daha yaşıl meydanlardan kənarda qalacaq.

"Barselona”nın yetirməsi olan Alkantara bu klubun əsas komandasında keçirdiyi 78 oyunda 11 qol vurub, 8 məhsuldar ötürmə edib.

Xəbər lenti