Xəzər Xəbər

"Çelsi"də Morata şoku: 2 ay oynamayacaq

İdman | 13:22 • 3 Oktyabr 2017
"Çelsi"də Morata şoku:

"Qarabağ”ın Çempionlar Liqasındakı rəqibi "Çelsi” itki ilə üzləşib.

Londonluların hücumçusu Alvaro Morata sıradan çıxıb.

İspaniya millisinin düşərgəsində olan forvardın dizində yırtıq aşkarlanıb. Bu səbəbdən onun adı milli komandanın heyətindən çıxarılıb. Moratanın 1-2 ay yaşıl meydanlardan uzaq qalacağı gözlənilir. Belə olan halda o, "Qarabağ”la Bakıdakı matçı buraxa bilər.

Qeyd edək ki, "Qarabağ” – "Çelsi” matçı noyabrın 22-də Bakı Olimpiya stadionunda keçiriləcək.

Xəbər lenti

Çox oxunanlar