Xəzər Xəbər

Ronaldo Zidandan narazıdı

İdman | 13:00 • 3 Oktyabr 2017
Ronaldo Zidandan narazıdı

İspaniya La Liqasında mübarizə aparan "Real”ın (Madrid) futbolçusu Kriştiano Ronaldo komandanın baş məşqçisi Zinəddin Zidanın taktikalarını bəyənmir.

Ulduz oyunçu təcrübəli mütəxəssisin komandanı 4-3-1-2 sxemi ilə meydana çıxarmasından narazıdı.

Topla az təmin olan portuqaliyalı hücumçu komandanın 4-3-3 sxemi ilə meydana çıxmasını istəyir.
Ronaldo komanda 4-3-3 sxemi ilə meydana çıxanda özünün sol cinahda daha rahat hiss etdiyini və bu bölgədə daha təhlükəli olduğunu bildirib.

Qeyd edək ki, Kərim Benzema və Qaret Beylin zədələri olduğu üçün Zidan sistem dəyişikliyinə əl atmış və son oyunda komanda iki hücumçu – Ronaldo və Asensio ilə meydana çıxmışdı.

Xatırladaq ki, lider "Barselona” ilə aralarında 7 xal fərq olan "kral klubu” həftəsonu "Espanyol” üzərində İskonun qolları ilə 2:0 hesablı qələbə qazanıb.

Xəbər lenti