Xəzər Xəbər

Daha bir ulduz futbolçu Türkiyə yolunda

İdman | 14:51 • 2 Oktyabr 2017
Daha bir ulduz futbolçu Türkiyə yolunda

Daha bir ulduz futbolçu Türkiyəyə transfer olunur. "Arsenal"ın 25 yaşlı yarımmüadafiəçisi Jak Uilşerenin "Fənərbaxça" ilə müqavilə imzalamağa yaxın olduğu bildirilir.

İngiltərə mətbuatının məlumtına görə, mövsümün sonunda "Arsenal"la müqaviləsi bitəcək Uilşere Türkiyəyəgəlmək istəyir. Arsen Vengerin bu mövsüm Premyer Liqada şans vermədiyi, yalnız klubun U-23 komandası, Liqa Kuboku və Avropa Liqasında oynayan futbolçunun qışda London klubunu tərk etməsi gözlənilir.

Qeyd edək ki, "Transfermarkt" hazırda ona 18 milyon avro qiymət qoyub./fanat

Xəbər lenti