Xəzər Xəbər

Pike referenduma görə millini tərk etmək istəyir

İdman | 10:21 • 2 Oktyabr 2017
Pike referenduma görə millini tərk etmək istəyir

"Barselona” futbol klubunun mərkəz müdafiəçisi Jerar Pike Kataloniyada keçirilən referendum zamanı baş verənlərə münasibət bildirərək İspaniya millisindən getməyə hazır olduğunu deyib.

"Hesab edirəm ki, millinin heyətində çıxış etməyi davam etdirə bilərəm. Çünki İspaniyada demokratiyaya inanan və Kataloniyada baş verənlərlə razılaşmayan xeyli insan var. Lakin rəhbərlik mənim problem yaratdığımı düşünürsə, onda 2018-ci ildə mən komandadan getməyə hazıram”.

Qeyd edək ki, İspaniyanın Kataloniya bölgəsində keçirilən müstəqillik referendumunun ilkin nəticələri açıqlanıb. Katalonların 90 faizi müstəqilliyin lehinə səs veriblər.

Məlumata görə, müsadirə olunan bülletenlər çıxmaqla 2 milyon 262 min 424 seçicidən 2 milyon 20 min 144 nəfəri müstəqilliyin tərəfdarı olduğunu bildirib. 176 min 566 seçici isə müstəqilliyin əleyhinə səs verib. 45 min 586 bülleten boş, 20 min 129 bülleten isə etibarsız hesab olunub.

Qeyd edək ki, Kataloniyada polislə referendum tərəfdarları arasında qarşıdurmalar olub. Baş verən qarşıdurmalar zamanı 761 nəfər xəsarət alıb.

Xəbər lenti