Xəzər Xəbər

"Bavariya"nın yeni baş məşqçisi məlum oldu

İdman | 10:22 • 30 Sentyabr 2017
"Bavariya"nın yeni baş məşqçisi məlum oldu

Dortmundun "Borussiya” klubunun sabiq baş məşqçisi Tomas Tuxel yaxın müddətdə "Bavariya”nın baş məşqçisi təyin ediləcək.

Klub rəhbərliyi ilə razılığa gələn T.Tuxel müqavilənin imzalanması üçün Münhenə yola düşüb.

Sentyabrın 28-də "Bavariya”nın baş məşqçisi Karlo Ançelotti uğursuz nəticələrə görə istefaya göndərilib. Klub Çempionlar Liqasının II turunda PSJ-yə 0:3 hesabı ilə məğlub olub, Bundesliqada isə 3-cü pillədə qərarlaşıb.

44 yaşlı Tomas Tuxel bundan əvvəl Almaniyanın "Maynts” və "Borussiya” (Dortmund) klublarında çalışıb. Onun rəhbərliyi altında "Borussiya” 2016/17-ci il mövsümündə Almaniya Kubokunu qazanıb.

Xəbər lenti