Xəzər Xəbər

PSJ-dən ulduz futbolçuya Fantastik təklif

İdman | 17:55 • 29 Sentyabr 2017
PSJ-dən ulduz futbolçuya

"Arsenal"la mövsümün sonunda müqaviləsi başa çatacaq Aleks Sançes PSJ-nin maraq dairəsindədi. Artıq Paris klubu çilili ulduzla danışıqlara başlayıb.

Məlumata görə, PSJ Sançesə 12 milyon dollar (bu günkü məzənnə ilə 20,4 milyon manat - red.) imza haqqı təklif edib. Ona həmçinin "Arsenal"dakı maaşından dəfələrlə artıq müqavilə təklif olunacağı bildirilib. PSJ bu transferi yanvarda reallaşdırmaq istəyir.

Qeyd edək ki, "Arsenal" Sançesi 2014-cü ildə "Barselona"dan 42,5 milyon avroya alıb. Hazırda "Transfermarkt" ona 65 milyon avro qiyiət qoyub./Fanat.Az

Xəbər lenti