Xəzər Xəbər

Almaniya yığmasının heyəti açıqlandı

İdman | 15:16 • 29 Sentyabr 2017
Almaniya yığmasının heyəti açıqlandı

Almaniya millisinin heyəti açıqlanıb.

Oktyabrın 5-də Şimali İrlandiya, 3 gün sonra Azərbaycanla qarşılaşacaq Bundetimin baş məşqçisi Yoahim Löv 23 futbolçuya dəvət göndərib.

Manuel Noyer zədəli olduğu üçün Bundestimdən kənarda qalıb.

Qapıçılar: Bernd Leno ("Bayer”), Mark Andre Ter-Ştegen ("Barselona”, İspaniya), Kevin Trapp (PSJ, Fransa)

Müdafiəçilər: Jerom Boatenq, Coşua Kimmix, Mats Hummels, Niklas Süle (hamısı "Bavariya”), Matias Ginter ("Borussiya” D.), Şkodran Mustafi ("Arsenal”, İngiltərə), Marvin Plattenhardt ("Herta”), Antonio Rüdiger ("Çelsi”, İngiltərə)

Yarımmüdafiəçilər: Yulian Brandt ("Bayer”), Əmrə Can ("Liverpul”, İngiltərə), Yulian Draksler (PSJ, Fransa), Leon Qoretska ("Şalke”), Toni Kroos ("Real” Madrid, İspaniya), Tomas Müller, Sebastian Rudi (hər ikisi "Bavariya”), Amin Yunes ("Ayaks”, Hollandiya), Leroy Sane ("Mançester Siti”, İngiltərə)

Hücumçular: Lars Ştindl ("Borussiya” M.), Sandro Vaqner ("Hoffenhaym”), Timo Verner ("Leypsiq”)

Xəbər lenti