Xəzər Xəbər

UEFA-nın reytinqində ən yaxın izləyicimiz dəyişdi

İdman | 14:15 • 29 Sentyabr 2017
UEFA-nın reytinqində ən yaxın izləyicimiz dəyişdi

Avropa Liqasının qrup mərhələsinin ikinci turundan sonra UEFA reytinqi açıqlanıb.

Dünən keçirilən 24 oyundan sonra Azərbaycanın mövqeyində dəyişiklik olmayıb. 22-ci pillədə qərarlaşan ölkəmizin 18.625 xalı var.

Cədvəldə ən yaxın izləyicimiz dəyişib. "Ostersund”un qələbəsi sayəsində Şotlandiyanı keçən İsveç 23-cü pilləyə yüksəlib.İsveç cəmi 0.150 xal Azərbaycan geridədir.

Ümumilikdə isə siyahıda qonşulaırmızla vəziyyət belədi:

21. Rumıniya – 19.450

22. Azərbaycan – 18.625

23. İsveç – 18.475

24. Şotlandiya – 18.125

25. Bolqarıstan – 18.1250

Qeyd edək ki, ölkəmiz cari mövsümdə 3,875 xal qazanıb. Bunun 2,125-i "Qarabağ”, 0,750-i "İnter”in, 0,625-i "Zirə”nin, 0,375-i isə "Qəbələ”nin payına düşür.

Xəbər lenti