Xəzər Xəbər

Avropa Liqasının ulduzu erkən bəlli oldu

İdman | 13:09 • 29 Sentyabr 2017
Avropa Liqasının ulduzu erkən bəlli oldu

UEFA Avropa Liqasının F qrupunda təşkil edilən ikinci həftə matçları tarixi anlarla yadda qalıb.

Moskvada keçirilən "Lokomotiv Moskva” – "Zlin”qarşılaşmasında qollar ard-arda gəlib.

3:0 hesabı ilə Rusiya təmsilçisinin qalib gəldiyi matçda qolların sahibi Manuel Fernandes olub. Ulduz futbolçu 14 dəqiqə 42 saniyə içində 1-i penalti olmaqla, 3 qola imza atıb. Beləliklə, M.Fernandes tarixin ən sürətli hücumunu gerçəkləşdirərək adını Avropa Liqası tarixinə qızıl hərflərlə yazdırıb.

Qeyd edək ki, Manuel Fernandesin ulduzu ilk dəfə Türkiyəni Çempionlar Liqasında təmsil edən "Beşiktaş” komandasında forma geyinərkən parlayıb./publika.az

Xəbər lenti