Xəzər Xəbər

Azərbaycan millisinin Almaniya ilə oyun üçün heyəti açıqlanıb - SİYAHI

İdman | 12:13 • 29 Sentyabr 2017
Azərbaycan millisinin Almaniya ilə oyun üçün heyəti açıqlanıb -

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının Almaniya yığması ilə keçirəcəyi Avropa çempionatının seçmə qrup matçı üçün heyəti açıqlanıb.

"Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, baş məşqçi Samir Ələkbərov səfərdə keçirəcəkləri oyuna 22 futbolçu dəvət edib. Onlardan 3-ü legionerdir.

AD, SOYADKLUB
Fəhmin MuradbəyliNeftçi
Anton KrivotsyukNeftçi
Eltun TurabovQarabağ
Elgün UluxanovQarabağ
Xəyal NəcəfovSumqayıt
Ehtiram ŞahverdiyevSumqayıt
Bəhlul MustafazadəSumqayıt
Süleyman SüleymanovSumqayıt
Oleq Hüseynovİnter
Taşkın Sertanİnter
Vüqar Həsənovİnter
Əlibəy Məmmədliİnter
Alen AskerovQəbələ
Qismət AlıyevQəbələ
Roman HüseynovQəbələ
İlkin SadıqovKəpəz
İlyas SəfərzadəKəpəz
Pərviz QaraxanovSəbail
Aydın BayramovMOİK
Budaq NəsirovSportinq (Portuqaliya)
Serkan BalogluEyupspor (Türkiyə)
Mustafa OzhitaySSV Ulm 1846 (Almaniya)

Qeyd edək ki, Azərbaycan millisi oyundan əvvəl 1 - 3 oktyabrda Berlində hazırlıq keçəcək. Eltun Turabov, Elgün Uluxanov və Budaq Nəsirov komandaya oktyabrın 2-də qoşulacaqlar. Berlindən sonrasonra milli üzvləri hazırlığı matçın təşkil olunacağı Kottbus şəhərində davam etdirəcəklər. Oktyabrın 6-da "Fröndşaft" stadionunda keçiriləcək 5-ci qrupun Almaniya - Azərbaycan qarşılaşması Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.

Xəbər lenti