Xəzər Xəbər

Ulduz futbolçu ölümdən döndü

İdman | 10:43 • 29 Sentyabr 2017
Ulduz futbolçu ölümdən döndü

İngiltərənin "Mançester Siti" klubunun argentinalı oyunçusu Serxio Aquero Amsterdamda yol qəzasına düşüb.

Trend-in məlumatına görə, 29 yaşlı futbolçu kolumbiyalı müğənni Malumanın konsertində iştirak etmək üçün Niderland paytaxtına gəlib. Konsertdən sonra hava limanına taksidə yollanan S.Aquero sürücünün idarəetməni itirməsi ilə avtomobilin dirəyə çırpılması nəticəsində xəsarət alıb.

Xəstəxanaya yerləşdirilən ulduz futbolçu qabırğasındakı qırıqlar səbəbindən 2 ay yaşıl meydanlardan uzaq qalacaq.

S.Aqueronun təhlükəsizlik kəmərini bağladığı üçün daha ciddi xəsarətdən qurtulduğu bildirilir.

Xəbər lenti