Xəzər Xəbər

Bu gün Avropa Liqasının oyunlarına start veriləcək

İdman | 11:48 • 28 Sentyabr 2017
Bu gün Avropa Liqasının oyunlarına start veriləcək

Bu gün futbol üzrə Avropa Liqasının ikinci tur oyunlarına start veriləcək.

Turun ilk oyunu Qazaxıstanda "Astana” klubu ilə Çexiyanın "Slavia” komandası arasında olacaq. Oyun Bakı vaxtı ilə saat 19:00-da başlayacaq. Avroliqada çıxış edən Türkiyə təmsilçiləri isə Portuqaliya klubları ilə qarşılaşacaqlar. "Konyaspor” doğma meydanında "Gimaraynş” klubu ilə, "Başakşəhər” isə səfərdə "Braqa” ilə üz-üzə gələcək.

"A”, "B”, "C”, "D”, "E” və "F” qruplarında keçiriləcək görüşlər Bakı vaxtı ilə saat 23:05-də başlayacaq. "G”, "H”, İ, "J”, "K” və "L” qruplarındakı oyunlar isə saat 21:00-da start götürəcək.

Turun digər görüşləri aşağıdakılardır:

"A” qrupu

"Astana” (Qazaxıstan) – "Slaviya” (Praqa, Çexiya)

"Makkabi” (Təl-Əviv, İsrail) – "Vilyarreal” (İspaniya)

"B” qrupu

"Partizan” (Serbiya) – "Dinamo” (Kiyev, Ukrayna)

"Skenderbeu” (Albaniya) – "Yanq Boyz” (İsveçrə)

"C” qrupu

"Lüdoqorets” (Bolqarıstan) – "Hoffenhaym” (Almaniya)

"Braqa” (Portuqaliya) – "Başakşehir” (Türkiyə)

"D” qrupu

AEK (Afina Yunanıstan) – "Austria” (Avstriya)

"Milan” (İtaliya) – "Riyeka” (Xorvatiya)

"E” qrupu

"Everton” (İngiltərə) – "Apollon” (Kipr)

"Lion” (Fransa) – "Atalanta” (İtaliya)

"F” qrupu

"Lokomotiv” (Rusiya) – "Zlin” (Çexiya)

"Şerif” (Moldova) – "Kopenhagen” (Danimarka)

"G” qrupu

"Viktoriya” (Çexiya) – "Hapoel” (İsrail)

"Luqano” (İsveçrə) – "Styaua” (Rumıniya)

"H” qrupu

"Köln” (Almaniya) – "Srvena Zvezda” (Serbiya)

"BATE” (Belarus) – "Arsenal” (İngiltərə)

"İ” qrupu

"Zalsburq” (Avstriya) – "Marsel” (Fransa)

"Konyaspor” (Türkiyə) – "Gimaraynş” (Portuqaliya)

"J” qrupu

"Atletik” (Yunanıstan) – "Zarya” (Ukrayna)

"Ostersun” (İsveç) – "Herta” (Almaniya)

"K” qrupu

"Latsio” (İtaliya) – "Sulte Varegem” (Belçika)

"Nitsa” (Fransa) – "Vitess” (Hollandiya)

"L” qrupu

"Rusenborq” (Norveç) – "Vardar” (Makedoniya)

"Zenit” (Rusiya) – "Real Sosyedad” (İspaniya)

Xəbər lenti