Xəzər Xəbər

Azərbaycan voleybolçuları Almaniya millisi ilə qarşılaşacaqlar

İdman | 09:25 • 28 Sentyabr 2017
Azərbaycan voleybolçuları Almaniya millisi ilə qarşılaşacaqlar

Sentyabrın 27-də qadın voleybolçular arasında Avropa çempionatının final mərhələsində dördüncü pley-off matçı oynanılıb.

Xezerxeber.az məlumat verir ki, Milli Gimnastika Arenasında Almaniya voleybolçuları Bolqarıstan yığmasını 3:2 hesabı ilə məğlub edərək dörddəbir finala yüksəliblər.

Bolqarıstan voleybolçuları oyunun birinci setini 25:14 hesabı ilə üstün başa vurublar. Almaniya yığması rəqibin güclü müqavimətinə baxmayaraq, ikinci setdə 20:25 hesabla üstün olub. Bolqarıstanlı voleybolçular üçüncü setdə 25:16 hesabı ilə qalib gəliblər. Gərgin idman mübarizəsi şəraitində keçən dördüncü setdə 19:25 hesabı ilə qələbə qazanan Almaniya millisi, tay-brekdə də 15:11 hesab ilə qalib olub.

Beləliklə, Almaniya voleybolçuları ümumi hesabda 3:2 hesabı ilə qalib gələrək dörddəbir finala vəsiqəni təmin ediblər.

Dörddəbir finalda isə Almaniya voleybolçularının rəqibi Azərbaycan millisi olacaq.

Xəbər lenti