Xəzər Xəbər

Juliano: "Qalatasaray"a qol vurmaq ən böyük xəyalımdı"

İdman | 17:13 • 27 Sentyabr 2017
Juliano:

Türkiyə Super Liqasında mübarizə aparan "Fənərbaxça”nın futbolçusu Juliano iddialı açıqlamalar verib.

"Alanyaspor” və "Beşiktaş”a qarşı oyunlarda penaltidən fərqlənən braziliyalı ən böyük xəyalından danışıb:

"Ən böyük xəyalım "Qalatasaray”a qol vurmaqdı. Yozef mənə bunun nə qədər önəmli olduğundan bəhs edib. Ümid edirəm ki, xəyalımı reallaşdıraram”.

27 yaşlı yarımmüdafiəçi "Akhisar”ı məğlub edib çempionluq uğrunda mübarizələrini davam etdirəcəklərini vurğulayıb.

Xatırladaq ki, Juliano "sarı-lacivərdlilər”ə mövsümün əvvəlində "Zenit”dən transfer olmuşdu.

Xəbər lenti