Xəzər Xəbər

Yeni biometrik ödəniş sistemi sınaqdan keçirilir

İdman | 15:53 • 27 Sentyabr 2017
Yeni biometrik ödəniş sistemi sınaqdan keçirilir

Böyük Britaniyanın paytaxtı London şəhərindəki "Costcutter” supermarket şəbəkəsi damarların analizinə əsaslanan biometrik ödəniş sisteminin sınaqlarına başlayıb.


AZƏRTAC "3dnews.ru” saytına istinadla xəbər verir ki, "Fingopay” adlandırılan texnologiya "Hitachi” şirkətinin mütəxəssisləri tərəfindən hazırlanıb. Sistemin tətbiqi ilə biometriyanı dəstəkləyən ödəniş xidmətləri üzrə ixtisaslaşan "Sthaler” şirkəti məşğul olur.


"Fingopay” platforması barmaqda olan damarların oxunması üçün xüsusi qurğudan istifadəni nəzərdə tutur. Əldə olunmuş unikal barmaq izi sonra istifadəçinin bank kartı ilə əlaqələndirilir. Qeydiyyat prosedurunu keçdikdən sonra debet və ya kredit kartlarını, həmçinin nağd pulu cibdə gəzdirməyə ehtiyac qalmayacaq. Barmağın köməyi ilə ödəniş etmək mümkün olacaq.


İstifadə edilən sistem yüksək etibarlılıq dərəcəsinə malikdir. Damarların orqanizmin daxilində olması və bir çox fərqləndirici xüsusiyyətlərə malik olması özünü başqa biri kimi təqdim etməyi son dərəcə çətinləşdirir. Sınaqlar müsbət nəticə verərsə, "Fingopay” sistemi "Costcutter” şəbəkəsinin digər ticarət nöqtələrində də tətbiq ediləcək.

Xəbər lenti