Xəzər Xəbər

“Qarabağ” azarkeşlərinə müraciət etdi

İdman | 15:05 • 27 Sentyabr 2017
“Qarabağ” azarkeşlərinə müraciət etdi

"Qarabağ" klubu Çempionlar Liqasının qrup mərhələsinin II turunda İtaliya "Roma"sı ilə keçirəcəyi oyun ərəfəsində azarkeşlərə yenidən müraciət edib.

XəzərXəbər klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, müraciətdə Bakı Olimpiya Stadionunun qapılarının matçın başlamasına 3 saat qalmış açılacağı bildirilir.

Xahiş olunur ki, tamaşaçılar yarana biləcək anşlaqın qarşısını almaq üçün qapıların açılma saatından etibarən gələrək tribunada yerlərini tutsunlar.
Qeyd edək ki, "Qarabağ" - "Roma" oyunu saat 20:00-da başlanacaq.

Xəbər lenti