Xəzər Xəbər

"Qarabağ"ın futbolçusu Norveç yığmasına dəvət aldı

İdman | 17:15 • 26 Sentyabr 2017
"Qarabağ"ın futbolçusu Norveç yığmasına dəvət aldı

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində San Marino və Şimali İrlandiya milliləri ilə qarşılaşacaq Norveç yığmasının heyəti açıqlanıb.

XəzərXəbər Norveç Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Lars Lagerberk milliyə 23 futbolçu dəvət edib. Bunların arasında "Qarabağ"ın futbolçusu Tarik Elyunussi də var.

Qeyd edək ki, Norveç yığması oktyabrın 5-də San-Marinonun qonağı olacaq, ayın 8-də isə Şimali İrlandiyanı qəbul edəcək.

Xəbər lenti