Xəzər Xəbər

Milik yenə zədələndi: Gələn il qayıdacaq

İdman | 16:51 • 26 Sentyabr 2017
Milik yenə zədələndi:

İtaliyanın "Napoli” klubu ciddi itkiylə üzləşib.

Neapol təmsilçisinin əsas hücumçusu Arkadiuş Milik sıradan çıxıb. Polşalı futbolçu İtaliya A seriyasının SPAL-la səfər oyununda zədələnib. Sağ dizindən zədə alan Milik əməliyyat olub.

Klubdan edilən açıqlamada 23 yaşlı hücumçunun gələn ilin fevral ayına kimi yaşıl meydanlardan kənarda qalacağı qeyd edilib.

Xatırladaq ki, Milik ötən il də zədə səbəbindən uzun müddət futboldan kənarda qalmalı olmuşdu.

Xəbər lenti