Xəzər Xəbər

"Qalatasaray"da şok itki: 2 həftə oynamayacaq

İdman | 15:30 • 26 Sentyabr 2017
"Qalatasaray"da şok itki:

"Qalatasaray"ın heyətində ciddi itki baş verib.

İstanbul təmsilçisinin yarımmüdafiəçisi Tolqa Ciyərçi sıradan çıxıb. Sağ ayağından zədə alan futbolçu 2həftə yaşıl meydanlardan uzaq qalacaq.

"Konyaspor" və "Karabükspor"la matçları buraxacaq olan Türkiyə millisinin üzvü Super Liqanın 9-cu turunda "Fənərbaxça" ilə keçiriləcək derbiyə kimi hazır olacaq.

Qeyd edək ki, 25 yaşlı yarımmüdafiəçi Super Liqanın geridə qalan 6 turunda 5 qolla yadda qalıb.

Xəbər lenti