Xəzər Xəbər

PSJ 8 futbolçusunu satmağa məcburdur

İdman | 13:23 • 26 Sentyabr 2017
PSJ 8 futbolçusunu satmağa məcburdur
Ötən yay səs-küylü transferlər edən PSJ növbəti mövsüm Çempionlar Liqasında oynamaqdan məhrum edilə bilər.

UEFA "Financial fair play" qaydalarının pozulması ilə bağlı kluba xəbərdarlıq edib.

Mənbə "Juventus", "Real Madrid" və "Bayern Munich" kimi klubların quruma təzyiqinin nəticə verdiyini qeyd edir. Nəticədə ötən yay baş məşqçi Unay Emeri göndəriləcək 8 oyunçunu müəyyənləşdirib.

Bunlar Di Maria, Xavyer Pastore, Blez Matuidi, Lukas Moura, Yulian Draksler, Hatem Ben Arfa, Serj Orye və Tyaqo Silva olub. Paris klubu artıq Oryeni 25 milyon avroya "Tottenham"ə, Matuidini isə 20 milyon avroya "Juventus"a satıb.

Xəbər lenti