Xəzər Xəbər

3 qat Olimpiya çempionu reanimasiyaya yerləşdirilib

İdman | 10:50 • 26 Sentyabr 2017
3 qat Olimpiya çempionu reanimasiyaya yerləşdirilib

Türkiyəli ağırlıqqaldıran Naim Süleymanoğlunun səhhətində problem yaranıb. Apasport.az saytının məlumatına görə, Bolqarıstan əsilli 3 qat Olimpiya çempionu Bakırköydə xəstəxanaya yerləşdirilib.

O, qaraciyər serozundan əziyyət çəkir.

Süleymanoğlunun yaxın dostu və doktoru Adnan Bağrıaçıq bildirib ki, idmançıya transplantasiya edilməsə, həyatı təhlükədə olacaq: "Onu qaraciyər çatışmazlığı var. Qısa bir zamanda onun bu orqanı dəyişdirilməzsə, həyatını itirəcək. Süleymanoğlu saysız medallar qazandırmış və rekordlar vurmuş idmançımızdı. Hazırda reanimasiyadadı”.

Qeyd edək ki, Süleymanoğlunun hesabın 7 dünya və 2 Avropa çempionluğu da var.

Xəbər lenti