Xəzər Xəbər

Türkiyənin qadın voleybolçuları pley-off mərhələsinə vəsiqə qazanıblar

İdman | 09:55 • 26 Sentyabr 2017
Türkiyənin qadın voleybolçuları pley-off mərhələsinə vəsiqə qazanıblar

Sentyabrın 25-də Azərbaycanda və Gürcüstanda təşkil edilən qadın voleybolçular arasında Avropa çempionatının final mərhələsi çərçivəsində günün və qrup mərhələsinin sonuncu oyunu Türkiyə və Ukrayna komandaları arasında keçirilib.

Xezerxeber.az məlumat verir ki, Bakıda, Milli Gimnastika Arenasında keçirilən oyunda "C” qrupunda qərarlaşan komandalardan pley-off mərhələsinə sonuncu vəsiqənin sahibi məlum olub.

Matçın birinci və ikinci setində Türkiyə millisi rəqibini 25:20 və 25:19 hesabı ilə məğlub edib. Görüşün üçüncü setində təşəbbüsü ələ alan Ukrayna yığması hesab arasındakı fərqi azaltmağa nail olub - 25:20. Lakin ukraynalı voleybolçuların bundan artığına gücü çatmayıb. Qarşılaşmanın dördüncü setində Türkiyə kollektivi rəqibin müqavimətinə baxmayaraq, 25: 23 hesabı ilə qalib gəliblər.

Beləliklə, ümumi nəticədə Ukrayna millisindən 3:1 hesabı ilə üstün olan Türkiyə yığması turnirdə ilk qələbəsini qazanıb. Bununla da xallarının sayını 4-ə çatdıran qardaş ölkə təmsilçisi pley-off mərhələsinə sonuncu vəsiqənin sahibi olub.

Ukrayna komandası isə yarışı 2 xalla qrup sonuncusu kimi başa vurub.

Xəbər lenti