Xəzər Xəbər

Avro-2017-də ilk ¼ finalçılar məlum olub

İdman | 09:20 • 25 Sentyabr 2017
Avro-2017-də ilk ¼ finalçılar məlum olub

Qadın voleybolçular arasında Avro-2017 davam edir. 

Azərbaycan və Gürcüstanda təşkil olunan qitənin ən mötəbər yarışında bu gün növbəti oyunlar keçirilib.

Millimizin yer aldığı A qrupunda 2 görüş baş tutub. Dünən istirahət edən komandamız bu dəfə Polşa ilə qarşılaşıb. Millimiz kimi ötən günü oyunsuz yola verən Almaniya isə keçirdiyi hər iki oyunda məğlub olan Macarıstanı məğlub edib.

B qrupunda meydan sahibi Gürcüstan iki məğlubiyyətdən sonra Belarusa da yenilib. Xorvatiya isə İtaliya ilə oyunda məyus olub.

Əksər komandalar III tur matçını keçiriblərsə, C qrupunda yer alan Türkiyə ilə Bolqarıstan ikinci oyunlarına çıxıblar və bir-biriləri ilə qarşılaşıblar. Türklər ilk görüşlərində Rusiyaya uduzubsa, bolqarlar Ukraynadan üstün olublar. Bu oyunda da "ay-ulduzlar" məğlubiyyətlə barışmalı olublar.

Beləliklə, "B" qrupunda İtaliya, "D" qrupunda isə Belçikanı məğlub edən Serbiya ¼ finala vəsiqəni təmin ediblər. Qeyd edək ki, hər qrupda ilk yeri tutan komandalar birbaşa 1/4 finalda, 2 və 3-cü yerin sahibləri isə pley-offlarda mübarizə aparacaqlar.

A qrupu

Azərbaycan – Polşa - 3:0(25:14, 25:21, 25:23)

Almaniya – Macarıstan - 3:1(25:21, 19:25, 25:21, 25:18)

B qrupu

Gürcüstan – Belarus - 0:3(8:25, 11:25 12:25)

Xorvatiya – İtaliya - 2:3(23:25, 21:25, 25:19, 25:10, 11:15)

C qrupu

Boqarıstan – Türkiyə - 3:2(25:17, 10:25, 25:16, 20:25, 20:18)

D qrupu

Belçika – Serbiya - 1:3(26:24, 20:25, 22:25, 21:25)

Çexiya – Hollandiya - 1:3(21:25, 15:25, 25:21, 22:25)

Xəbər lenti