Xəzər Xəbər

"Atletiko" rəsmən açıqladı Kosta qayıdır

İdman | 15:54 • 22 Sentyabr 2017
"Atletiko" rəsmən açıqladı

"Atletiko" Dieqo Kostanın transferi ilə bağlı "Çelsi" ilə razılığa gəldiyini rəsmən açıqlayıb.

XəzərXəbər-in klubun saytına istinadən yaydığı xəbərə görə, 28 yaşlı hücumçu Madrid təmsilçisində tibbi müayinədən keçmək üçün yaxın günlərdə İspaniyaya gedəcək. Daha sonra onunla müqavilə imzalanacaq.

İspaniya mətbuatı bu transfer üçün "Atletiko"nun 60 milyon avro təzminat ödəyəcəyini yazıb.

Qeyd edək ki, "Atletiko"ya verilən transfer qadağası səbəbindən D.Kosta yanvar ayına kimi oynaya bilməyəcək. O, ancaq məşq etməklə kifayətlənəcək.

Xatırladaq ki, D.Kosta 2014-cü ildə məhz Madrid klubundan "Çelsi"yə transfer olunub.

Xəbər lenti